Xəzər Xəbər

Seda Sayan xəstəxanada – Verilişi bağlanır

Şou Biznes | 11:41 • 29 Aprel 2018
Seda Sayan xəstəxanada

Türkiyəli məşhur müüğənni Seda Sayan şiddətli qarın ağrıları səbəbindən təcili xəstəxanaya yerləşdirilib.

O, xəstəxana palatasından şəkil paylaşaraq "Apar-topar xəstəxanadayıq” sözlərini yazıb.

Maqazin çevrələrindəsə Acıbadam Xəstəxanasında həkim nəzarətində olan sənətçinin apendisit əməliyyatı keçirdiyi söylənilir. Bildirilir ki, onun Show TV-dəki müəllif proqramının yayımı bir müddət dayandırılacaq. Müğənni özü bu haqda heç bir bilgi verməyib./teleqraf

Xəbər lenti