Xəzər Xəbər

Əməkdar artistdən aparıcılara SƏRT SÖZLƏR: "Dədə-babasının..."

Şou Biznes | 12:56 • 3 Fevral 2018
Əməkdar artistdən aparıcılara SƏRT SÖZLƏR:

Əməkdar artist Lalə Məmmədova aparıcıların efirdə qeyri-etik ifadələr işlətməsindən gileylənib.

Müğənni bu haqda sosial şəbəkədə yazıb. O, efirə çıxanların tələffüzündə bir çox səhvlərin yer aldığını bildirib:

"İndiyənə kimi aparılan monitorinqlərin nəticəsi olmadı, təəssüf. Yenə də eyni simalar, ləhcələr, kobudluq və tərbiyəsizlik. Aparıcı özündən yaşca böyük insanlarla "sən"lə danışır. Əgər onlara bir dəfə xəbərdarlıq edilsəydi, təkrarlamazdı. Demək haradasa bir boşluq var.

Aparıcı çıxdığı efiri şəxsi dədə-babasının telekanalı hesab edir. İstədiyi mövzu haqda öz şəxsi fikrini tamaşaçıya yeridir. İstədiyi qonağı verilişinə dəvət edib, könlü istəyən kimi davranır. Tamaşaçılar isə onlara bəh-bəhlə aparıcılar, jurnalistlər tərəfindən təqdim olunanlara inanır. Bunlara telekanal rəhbərləri nəzarət etməlidir. Bu özbaşınalığın qarşısını almağın tək yolu budur"./publika.az

Xəbər lenti