Xəzər Xəbər

Rafet El Romanın keçmiş həyat yoldaşı AZƏRBAYCANLI aktyorla görüşür - FOTO

Şou Biznes | 14:14 • 2 Fevral 2018
Rafet El Romanın keçmiş həyat yoldaşı

Əslən azərbaycanlı olan aktyor Tamer Karadağlı 28 yaşlı aktrisa Caren Kaplakarslanla görüşməyə başlayıb.

Rafet El Roman keçmiş həyat yoldaşı Caner Kaplakarslanın aktyorla sevgili olmasına münasibət bildirib: "Xoşbəxt olmaq hər kəsin haqqıdır. Mən ayrılsam da, keçmiş yoldaşlarımın xoşbəxt olmasını istəyirəm. Bu xəbərə başqa şərhim yoxdur".

Xatırladaq ki, Rafet El Romanın keçmiş xanımı boşandıqdan sonra İlker Aydınla görüşməyə başlamışdı. Onların münasibəti cəmi bir neçə ay davam etmişdi. 1 həftə əvvəl Cerenin 50 yaşlı aktyor Tamer Karadağlı ilə sevgili olması xəbərləri yayılıb.

Tamer Karadağlı hələ ki, bu iddialar qarşısında səssiz qalıb. Keçən ay Türkiyənin məhşur "Sinemanın kral və kraliçası” yarışmasının Azərbaycandakı seçiminləri üçün aktyorla birlikdə Bakının qonağı olan Ceren Kaplakarslan isə xəbərin yalan olduğunu bildirib./publika.az

Xəbər lenti

Çox oxunanlar