Xəzər Xəbər

Qala gecəsinə sevgilisi ilə gələn Tuba Büyüküstün geyimi ilə heyranlıq doğurdu - FOTO

Şou Biznes | 13:50 • 1 Fevral 2018
Qala gecəsinə sevgilisi ilə gələn

Serra Yılmazın rejissorluq etdiyi "Cibimdəki Əcnəbi" filminin qalasına aktrisa Tuba Büyüküstün sevgilisi Ümid Evirgenlə birlikdə gəlib.

Nümayişə iş adamı ilə gələn Tuba Büyüküstün qırmızı xalçaya çıxıb tək poza verib. İş adamı isə aktrisanı kənardan izləyib.

Kino ulduzu "Son dövrdə haqqınızda evlilik və qısqanclıq xəbərləri çıxıb, bu məsələlərə aydınlıq gətirə bilərsinizmi" sualına kobud cavab verib: "İstəsəydim, aydınlıq gətirərdim. Xəbərləri yazır və siz də soruşursunuz. Uydurduğunuz da demək istəmirəm, amma çıxan xəbərlərin doğru olub-olmadığını soruşmağınız mənə qəribə gəlir".

Tuba Büyüküstün gecədə geyimi ilə də diqqət çəkib. O, gecəyə rahat, eyni zamanda şıq kombin edilmiş dəstdə gəlib. O, qara cins şalvarını və klassik pencəyini qalın kəmər, zərif çanta və kovboysayağı çəkmələrlə tamamlayıb./publika.az






Xəbər lenti