Xəzər Xəbər

Acun Ilıcalıdan qızına doğum günü sürprizi SƏRVƏT DƏYƏRİNDƏ HƏDİYYƏ

Şou Biznes | 16:19 • 31 Yanvar 2018
Acun Ilıcalıdan qızına doğum günü sürprizi

Acun Ilıcalı qızı Banu Ilıcalıya doğum günündə əsl sərvət hədiyyə edib.

TV8 kanalının rəhbəri Acun Ilıcalı ilk həyat yoldaşı Seda Başbuğdan olan qızı Banunun doğum günündə ona sürpriz etmək qərarına gəlib. O, 28 yaşı tamam olan qızına aylar əvvəl sifariş verdiyi və dəyəri 900 min TL olan cip hədiyyə edib.

Xoşbəxtliyinin həddi-hüdudu olmayan Banu atası ilə birlikdə yeni avtomobilinə minib gəzib. Tanınmış televiziya işçisi qızının fotosunu İnstaqramda bölüşərək hisslərinə ifadə edib: "Həmişə belə gülümsəyəsən, xoşbəxt illərin çox olsun və səni birlikdə təbrik edək".

Öz şirkətində çalışan qızı Banuya atası sürpriz doğum günü ziyafəti də təşkil edib./publika.az

Xəbər lenti