Xəzər Xəbər

“Qremmi”də 3 seksual paltar dəyişən Beyonse gecənin ən diqqət çəkən ulduzu oldu - FOTO

Şou Biznes | 16:04 • 30 Yanvar 2018
“Qremmi”də 3 seksual paltar dəyişən

Beyonse həftə sonu təntənəli şəkildə keçirilən "Qremmi 2018” musiqi mükafatlarının təqdim olunma mərasimi üçün obrazlarına sərvət xərcləyib.

Dünya şöhrətli müğənni tədbir və mükafatların şərəfinə təşkil olunmuş ziyafətdə üç libas dəyişib. 36 yaşlı pop divanın hər üç dəsti qara rəgndə olub.

Beyonsenin qırçınlı, parıltılı materialdan hazırlanan dərin sinə dekolteli və beli kəmərli seksual libası "Ralph & Russo” moda evinə aiddir. Bu dəstin altından geyindiyi bosonojkaları "Giuseppe Zanotti” ayaqqabı brendinə, qiymətli sırğaları "Lorraine Schwartz” zərgərlik evinə aid olub.

Ulduzun ikinci paltarı "Azzi and Osta” brendindən seçilib. Bu dəstin altı üçün seçilən ayaqqabılar "Jimmy Choo”, çantası "Valentino”, bereti "Eugenia Kim” markasına, bəzək əşyaları "Lorraine Schwartz” zərgərlik evinə aiddir.

Artistin məxmər parçadan tikilən sonuncu drammatik obrazındakı paltar və şlyapası "Nicolas Jebran” moda evinə məxsusdur. Qara panteranı xatırladan bu geyimin hazırlanmasına 100 saatdan çox vaxt sərf olunub. Paltarın müəllifi və tanınmış dizayner Cerban bildirib ki, iri çiyinlər onun xoşuna gəlir. Çünki bu detallar hakimiyyəti simvolizə edir.

Ayaqqabılar yenidən "Jimmy Choo”ya, çantası isə "Judith Leiber” markasına aiddir. Aksessuarların alındığı marka bu dəfə də dəyişməz olaraq alıb. Onların hər bir "Lorraine Schwartz” evinin əl işləridir.

Yeri gəlmişkən qeyd edək ki, arstistinin zinət əşyalarının ümumi dəyərinin təxminən 6, 8 milyon dollar olduğu üzə çıxıb./publika.az

Xəbər lenti