Xəzər Xəbər

Dado: "Ailə söhbətlərində mən olmayacam"

Şou Biznes | 16:34 • 8 Yanvar 2018
Dado:

Müğənni Natavan Həbibi ilə reper həyat yoldaşı Səid Əliyev (Dado) bu dəfə barışma xəbəri ilə gündəmə gəlib.

XəzərXəbər xəbər verir ki, barışma xəbərlərini Natavan açıqlamışdı.

Bu dəfə Dado "Xəzər maqazin"ə açıqlamasında münasibətlərindən danışıb. Reper haqlarında deyilən "Evlilik də, barışıq da reklam üçün idi" sözlərinə cavab verib:

"İlk gündən Natavana demişəm ki, belə söhbətlərdə yoxam. Ailə söhbətlərində mənolmayacam. Mənim ağzımdan heç yerdə nəsə eşidə bilməzsiniz. Tamaşaçılara həyatımızı çox təqdim etməyəcəyik.

Evliliyi kim üçünsə yox, özümüz üçün etmişik. Bizim fikrimiz ciddidir. İndi elə vəziyyətdəyik ki, gələn elə yapışır, bu sualları verir. Düzgün bizim ağzımızdan eşitdiklərinizdir. başqa sözlərə inanmayın".

Xəbər lenti