Xəzər Xəbər

“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ

Şou Biznes | 13:45 • 5 Yanvar 2018
“Hababam sinfi”nin məşhur aktyoru

Türkiyənin əfsanəvi aktyorlarından olan Münir Özkul İstanbuldakı evində dünyasını dəyişib.

XəzərXəbər 93 yaşında vəfat edən məşhur aktyorun həyat salnaməsini təqdim edir:

Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy məhəlləsində dünyaya gəlib. Kiçik yaşlarından teatra maraq göstərən Münir İstanbul Univesitetinin iqtisadiyyat fakültəsini bitirib. Daha sonra Ədəbiyyat Sənət tarixi fakültəsində təhsilini davam etdirib. Bakırköydə xalq evində teatr rolları ifa edən aktyor sonralar Ankara Dövlət Teatrında oynayıb.

Teatrla yanaşı, kino sahəsində də özünü sınayıb və bu sahədə daha çox uğur əldə edib. 10 serial, 20 teatr tamaşası və 220 filmdə rol alıb.

Azərbaycan tamaşaçısına ən çox "Arım, balım, pətəyim" və mərhum aktyor Kemal Sunalla birgə çəkildiyi "Hababam sinfi" filmindən tanışdır.


Xəbər lenti