Xəzər Xəbər

Natavan Dado ilə barışdı FOTO

Şou Biznes | 12:49 • 5 Yanvar 2018
Natavan Dado ilə barışdı

Qısa zaman ərzində evlilik həyatlarını "el-aləmlə bir edən", boşandıqları barədə xəbər yayılan müğənni Natavan Həbibi ilə Dado Əliyev barışıblar.

Sənətçinin sosial şəbəkədə paylaşdığı fotollardan aydın görünür. Natavan Həbibi yaxın rəfiqəsinin ad gününə bir müddət öncə "ayrılıram” deyə haray çəkdiyi həyat yoldaşı Dado Əliyevlə birlikdə qatılıb. Aşağıdakı fotolar cütlüyün hazırda birgə və çox səmimi olduğunu əks etdirir.

Qeyd edək ki, 2017-ci ildə Natavan Həbibi tanınmış rep ifaçısı Dado Əliyevlə ailə həyatı qurub. Bir müddət öncə isə müğənni sosial şəbəkədə həyat yoldaşından ayrılacağı ilə bağlı məlumat vermişdi. Mətbuatda onların barışması haqqında məlumatlar yayılsa da dekabrın 26-da Natavan Həbibi televiziya kanallarının birində boşanması ilə bağlı sualları cavablandırarkən artıq Dado ilə görüşmədiklərini bildirib./AzNews.az

Xəbər lenti