Xəzər Xəbər

90 kq arıqlayan aktrisanın son halı ŞOK ETDİ - FOTO

Şou Biznes | 11:42 • 4 Yanvar 2018
90 kq arıqlayan aktrisanın son halı

4 il əvvəl mədə əməliyyatı ilə arıqlamağa qərar verən aktrisa Pelin Öztekinin son görüntüləri təəccübləndirib.

90 kq arıqlayan aktrisa "Bestyle” jurnalının "Wedding” çəkilişləri üçün kamera qarşısına keçib. Jurnala müsahibə verən məşhur arıqlama prosesi haqqında bunları söyləyib:

"Əslində, bu dəyişiklik heç ağlımda yox idi. Çünki mən kök olanda da xoşbəxt idim. Ta ki 27 yaşında bir səhər oyanıb günə 5 dənə dərmanla başladığımı hiss edənə qədər. Tiroid, insulin müqaviməti, şəkər, hormon tənzimləyici kimi xəstəliklərə qarşı həblər qəbul edirdim. Öz-özümə "27 yaşım var, gələcəkdə nə olacaq?" deyə düşündüm. Çəkim qarşısıalınmaz dərəcədə artdığı üçün arıqlamağa qərar verdim. İndi ikinci Pelini yaşayıram. 27 il yaşayan Pelin indikindən çox fərqlidir. Çünki azaldıqca böyüdüm. Mədə əməliyyatı ilə sadəcə 55-60 kq arıqlaya bildim, qalan 30 kq-dan "Hə, qızım sən bunu da bacararsan motivasiyası və idmanı həyat tərzinə çevirərək xilas oldum. Bu yayın son aylarında arıqladıqdan sonra qarın və bud nahiysində sallanan hissələri əməliyyatla aldırdım"./publika.az




Xəbər lenti