Xəzər Xəbər

Türkiyəli yazıçıdan Adriana Limaya qeyri-adi EVLİLİK TƏKLİFİ

Şou Biznes | 16:00 • 3 Yanvar 2018
Türkiyəli yazıçıdan Adriana Limaya qeyri-adi

Türkiyəli terapevt Metin Hara brazilyalı sevgilisi Adriana Limaya evlilik təklif edib.

Son vaxtlarda ayrıldıqları iddia edilən cütlüyün münasibətlərini rəsmiləşdirməyə hazırlaşdığı məlum olub. Yeni ili sevgilisi ilə Mayamidə qeyd edən Metin diz çökərək modelə qeyri-adi evlilik təklif edib. O, əlindəki maket üzüyü modelə uzadıb. Adriana isə üzüyü qoluna taxaraq təklifə "hə" deyib.

Cütlük bayram gecəsindən video və fotoları sosial media hesablarında paylaşıb.

Metin Hara ayrıldıqları ilə bağlı yayılan xəbərlər haqqında fikrini sosial şəbəkədə belə ifadə edib: "Anadoluda gözəl bir söz var "Qabın içərisində nə varsa, çölə də o daşır". 2018-ci ildə hər birinizə ürəyiniz qədər gözəl bir il yaşamağı arzusu edirəm. Nə olursa-olsun, sonda məhəbbət qazanacaq"./publika.az

Xəbər lenti