Xəzər Xəbər

Məşhur aktrisa İrandakı hadisələrə SƏSSİZ QALMADI

Şou Biznes | 11:27 • 3 Yanvar 2018
Məşhur aktrisa İrandakı hadisələrə

Məşhur aktrisa İranda baş verən etirazlara münasibət bildirib.

Türkiyənin tanınmış simalarından olan, dünya şöhrətli məşhur aktrisa Nurgül Yeşilçay İran xalqına dəstək olaraq onların yanında olduğunu bildirib:

Bu barədə aktrisa özünün rəsmi "Tvitter hesabında yazıb:

"İranda baş verən hadisələr müəyyən xarici qüvvələrin müdaxiləsi nəticəsində, güclü qarşıdurmalara çevrilib. Görünür ki, İrandakı mövcud vəziyyət düşmənlərin ürəyincədir. Hadisələrin qısa zamanda İran xalqının xeyrinə həll edilməsini ürəkdən arzu edirəm".

Xatırladaq ki, aktrisa ən son iranlı rejissor Bayram Fazlinin "Gözəl Cin” filmində rol almışdır./publika.az

Xəbər lenti