Xəzər Xəbər

Natavan keçmiş sevgilisinin acığına evlənib: “Uduzan Dado oldu”

Şou Biznes | 14:49 • 7 Dekabr 2017
Natavan keçmiş sevgilisinin acığına evlənib:

Müğənni Natavan Həbibinin rep ifaçısı Dado Əliyevlə boşanma səbəbi məlum olub.

Bu barədə prodüser Soltan sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, Natavan Həbibi sabiq sevgilisinin acığına Dado Əliyevlə ailə həyatı qurub:

"Mən vaxtında deyəndə ki Natavan Həbibinin evlənməyi keçmis sevgilisinin acıgınadır, heç kim inanmadı. Bu da fakt, indi inanın artıq. Dado əyninə salvar ala bilmir, Natavanı saxlaya bilər? Çox gülməlidir. Ən əsas Dado onu sevirdi və sevgisi təmiz, saf idi. Bu gün yenə uduzan da Dado oldu. Natavan cox uğurlu oynadı”./AzNews.az

Xəbər lenti