Xəzər Xəbər

Acun Ilıcalı həyat yoldaşını sosial şəbəkədə təhqir edən qadınları TUTDURDU

Şou Biznes | 12:00 • 14 Noyabr 2017
Acun Ilıcalı həyat yoldaşını

TV 8 kanalının direktoru və prodüser Acun Ilıcalının həyat yoldaşı Şeyma Subaşı haqqında sosial şəbəkdə çoxu təhqirlər yayan 3 qadın saxlanılıb.

İnstaqram fenomeni kimi tanınan Şeyma Subaşının ünvanına söyüşlər və təhqirlər yazan 1 nəfərin isə axtarışda olduğu öyrənilib.

Məlum olub ki, qadınlardan ibarət mütəşəkkil qrup aparıcının xanımını təhqir etmək üçün montaj edilmiş videoları sosial şəbəkələrdə yayıb. Belə videolar paylaşan daha 15 nəfərin də adları artıq müəyyən edilib və tutulmaları üçün işə başlanılıb.

İstanbul Cümhuriyyət Prokurorluğunun açdığı istintaq nəticəsində 9 Dekabr 2016-ci il tarixindən etibarən sosial media hesabları vasitəsi ilə Şeyma Subaşını təhqir edən şəxsləri tutmaq üçün əməliyyat başlanılıb. Həyata keçirilən əməliyyatlarda Yeşim N. (38) İstanbulda, İlknur R. (37) Rizedə saxlanılıb. Əməliyyatları zamanı şübhəli Yeşim N-nin cinayət dəlillərini yox etmək üçün istifadə etdiyi planşeti qırmağa çalışıb, ancaq istəyinə nail olmadan saxlanılıb. Digər şübhəli şəxs Canan K.N-ın isə bir müddət əvvəl xaricə gedib, onun tutulması üçün interpol vasitəsi ilə axtarışa verildiyi öyrənilib.

Bu əməliyyatlar başa çatdıqdan sonra Şeyma haqqında təhqiramiz videolar yenidən yayılmağa başlanılıb. Polis dəstələri bu dəfə Yazgülü T adlı xanımı saxlayıb. Yaxalanan şübhəlinin kompüterində aparılan tədqiqatda Şeymaya qarşı təhqirlər yazdığına dair rəqəmsal dəlillər tapılıb./publika.az

Xəbər lenti