Xəzər Xəbər

Azərbaycanın “Eurovision-2018”də təmsilçisi Aysel danışdı

Şou Biznes | 09:45 • 11 Noyabr 2017
Azərbaycanın “Eurovision-2018”də təmsilçisi Aysel danışdı

Azərbaycanın gələn il "Eurovision” mahnı müsabiqəsinin təmsilçisi Aysel Məmmədova sosial mediada onu təbrik edən hər kəsə təşəkkürünü bildirib.

O, uğur qazanmaq üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib:

"Əzizlərim, mən bütün səmimi ürək sözlərinizə, arzularınıza və təbriklərinizə görə təşəkkür edirəm. Mənə tarixin ən möhtəşəm "Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı verilib.

Həqiqətən də bununla fəxr edirəm və digər iştirakçı ölkələr arasında ən yaxşı nəticəni əldə etmək üçün əlimdən gələni əsirgəməyəcəm. Mənə inanan, dəstək olanlara bir daha təşəkkürümü bildirirəm”./publika.az

Xəbər lenti