Xəzər Xəbər

Şakiranın səs telləri zədələnib - konsertləri təxirə salındı

Şou Biznes | 17:10 • 10 Noyabr 2017
Şakiranın səs telləri zədələnib -

Məşhur kolumbiyalı pop ulduzu Şakira Avropada bir sıra konsertlərini təxirə salıb.

Trend-in məlumatına görə, buna müğənninin səs tellərini zədələməsi səbəb olub.

Əvvəlcə Şakiranın noyabrın 8-nə Kölndə təyin edilmiş konsertinin təxirə salınması barədə məlumat verilib. Daha sonra müğənninin Paris, Antverpen və Amsterdamdakı konsertlərinin də təxirə salındığı bildirilib.

Şakira özü bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Xəbər lenti