Xəzər Xəbər

Türkiyənin dünyanı ağladan filmi daha bir REKORDA İMZA ATDI

Şou Biznes | 14:44 • 7 Noyabr 2017
Türkiyənin dünyanı ağladan filmi daha bir

Türkiyə istehsalı olan "Ayla” filmi dünyada maraqla qarşılanır.

"Oskar”a namizəd göstərilən ekran işi 10 gündə 1 milyon tamaşaçı sayını keçərək izlənmə rekordu qırıb. Həmçinin, iki həftə ard-arda kassada bilet satışına görə lider olub. Türkiyə film tarixində isə son 16 ilin ən çox baxılan ekran işi seçilib.

Real hadisələr əsasında çəkilən film 1950-ci illərdə ailəsi öldürülmüş koreyalı balaca qızı ölümdən xilas edib 15 ay ərzində ona öz uşağı kimi baxan, müharibə bitdikdən sonra Türkiyəyə dönəndə Ayla adı qoyduğu bu qızdan bir daha xəbər almayan Astsubay Süleyman Dilbirliğinin həyatından bəhs edir.

Məlumat üçün onu da bildirək ki, Beynəlxalq Asiya Film Festivalının açılışında Türkiyə istesalı olan film zalda hər kəsi ağladıb. Sözügedən festivalda 50-yə yaxın prodüser, rejissor və Amerika akademiya üzvləri iştirak edib. Bir çox kino tənqidçilərinin fikrincə, "Ayla” filmi builki "Oskar” mükafatına ən real namizəddir.

Baş prodüserliyini Mustafa Uslun, rejissorluğunu isə Can Ulqayın etdiyi filmdə Çetin Tekindor, Taner Birsel, Ali Atay, Büşra Develi, Duyqu Yetiş, Altan Erkekli, Sinem Öztürk Uslu kimi aktyorlar yer alıb. Filmin musiqiləri isə Fahir Atakoğluna aiddir.

Filmdə Süleyman Astsubayın müharibə meydanında tapdığı kiçik qızı canlandıran Kim Seol Koreyanın ən populyar uşaq aktrisalarından biridir.

"Oskar"da "Xarici dildə ən yaxşı film" laureatına namizəd göstərilən "Ayla"nın Akademiya tərəfindən müsabiqəyə layiq olub-olmadığı yanvar ayında məlum olacaq. "Oskar" mükafatları 2018-ci ilin 23 yanvar tarixində açıqlanacaq./publika.az


Xəbər lenti