Xəzər Xəbər

Elvin Abdullayev BOLLUĞA DÜŞÜB: “Toy siyahım doludur”

Şou Biznes | 18:59 • 6 Noyabr 2017
Elvin Abdullayev BOLLUĞA DÜŞÜB:

Müğənni Elvin Abdullayev yeni fotosessiya etdirib.

Sənətçi yeniliklərindən bəhs edərək bunları deyib: "Məhərrəmlik ayından və toyların olmamasından istifadə edib yaradıcılığıma vaxt ayırmışam. Artıq toyların başlamasına az qalıb. İndidən toy siyahım doludur. Bilirəm ki, vaxtım olmayacaq. Ona görə də indi fotosessiya etdirdim. Eyni zamanda yeni mahnılar da hazırlayıram. Yaxın günlərdə mahnılarımı da təqdim edəcəm. Tək toyla kifayətlənmək olmaz. Sənəti də unutmamalıyıq.

Toy tutmaq üçün mahnı yazdırmaq, daim gündəmdə qalmaq lazımdır. Yeni işlər təqdim etməliyik ki, tamaşaçının da diqqətini çəkək. Peşəkar səhnədə bir müğənni kimi özümüzü göstərə bilməsək, tamaşaçı da bizdən uzaq düşəcək. Ölkədə çox az sayda sənətçi dostum var ki, onlar sırf peşəkar səhnə üçün çalışır”./publika.az

Xəbər lenti