Xəzər Xəbər

Müğənninin evində zibil qutusuna atılan milyonlar... ŞOK

Şou Biznes | 14:18 • 6 Noyabr 2017
Müğənninin evində zibil qutusuna atılan milyonlar...

Məşhur türk müğənnisi Dəmət Akalın köhnə evində 1 milyon türk lirəsini (təxminən 400 min manat) unudub.

Müğənni illərdir yaşadığı villasını sataraq 18 milyon türk lirəsinə (7 milyon 200 min manat) lüks villa alıb.

Köhnə evi təmir edən ustalar yataq otağında kağıza bükülü bir şey görüblər. Onu tullantı zənn edib zibil qutusuna atmaq istədikləri vaxt 1 milyon türk lirəsi yerə səpələnib.

Ustalar 1 milyonu unudan Dəmətə bu barədə məlumat veriblər. Müğənni pulları götürmək üçün adam göndərib, amma ustalara xəbər verdikləri üçün heç bir hörmət etməyib./Teleqraf.com


Xəbər lenti