Xəzər Xəbər

Tuba Büyüküstün ikinci dəfə evlənməyə hazırlaşır

Şou Biznes | 17:05 • 1 Noyabr 2017
Tuba Büyüküstün

Tuba Büyüküstün özündən 7 yaş kiçik sevgilisi Ümid Evirgenlə evlənəcək.

Aktrisa ilə iş adamı ilə rəsmi qaydada evlənməyə qərar verib. Tuba Büyüküstün artıq toy hazırlıqlarına başlayıb. İddialara görə, məşhur cütlük 2018-ci ilin ilk həftəsində Romada rəsmi nikaha daxil olacaq. Toy mərasimi isə məşhur rejissor Farzan Özpetekin evində baş tutacaq.

Məlumat üçün bildirək ki, Tuba Büyüküstün ilk dəfə 2011-ci ildə aktyor Onur Saylakla Parisdə ailə qurub. Aktrisa Onurla evlənəndə əkiz qızlarına artıq hamilə idi.publika.az

Xəbər lenti