Xəzər Xəbər

Məşhur serialın çəkilişləri dayandırıldı

Şou Biznes | 13:27 • 1 Noyabr 2017
Məşhur serialın çəkilişləri dayandırıldı

"Kart ev" serialı bağlanır.

Populyarlıq qazanan serialın 6-cı bölümü sonuncu bölüm olacaq.

Serialın bağlanmasına səbəb baş rolun ifaçısı, Hollivud aktyoru Kevin Speysinin ünvanına irəli sürülən ittihamlardır. İttihamlar onun uşaqbazlıqla məşğul olması barədədir.

Buna qədər onun 1986-cı ildə seksual təcavüzdə ittiham olunması barədə məlumatlar yayılmışdı. Kevin Speysi bunu sərxoşluq nəticəsində baş verdiyini boynuna almışdı. Etiraflardan biri isə o idi ki, aktyor öz homoseksuallığını etiraf edirdi.

2013-cü ildən ekranlara çıxan serial ABŞ siyasi elitasının şəxsi həyatından və siyasi çəkişmələrdən bəhs edirdi./AzNews.az

Xəbər lenti