Xəzər Xəbər

"Rəcəb İvedik 5" filmi haqqında məhkəmə qərarı "8 milyon..."

Şou Biznes | 14:15 • 11 Oktyabr 2017
"Rəcəb İvedik 5" filmi haqqında məhkəmə qərarı

Ötən ay qala gecəsi keçirilən və qısa zamanda 8 milyondan çox tamaşaçının izlədiyi komediya filmi haqqında məhkəmə prosesi tamamlanıb.

Baş rolunu Şahan Gökbaharın canlandırdığı "Camaşırxana" film istehsalı şirkəti tərəfindən ərsəyə gətirilən "Rəcəb İvedik 5" komediya filmi ssenaridə Türk millətini alçaldan səhnələr olduğu iddiası ilə şikayət edilmişdi. Ə.Yusif adlı izləyicinin şikayəti nəzərə alınaraq aktyor və çəkiliş heyəti haqqında istintaq başladılmışdı.

Son olaraq məhkəmə qərarına görə, filmdə ölkəni və milləti təhqir edən heç bir səhnənin olmadığına qərar verilib.

Aktyor Şahan Gökbahar və çəkiliş qrupu sözügedən iddiaların heç birini qəbul etmədiklərini deyib. Şikayət edən izləyicini tanımadıqlarını deyən çəkiliş qrupu, bunun filmin uğurlarını qısqananlar tərəfindən qərəzli şəkildə hazırlandığını deyiblər./publika.az

Xəbər lenti