Xəzər Xəbər

Özcan Dəniz 3 aylıq hamilə olan sevgilisi ilə Fransada evlənəcək

Şou Biznes | 13:48 • 11 Oktyabr 2017
Özcan Dəniz 3 aylıq hamilə olan

Özcan Dənizin toyu Parisdə baş tutacaq.

Özündən 20 yaş kiçik model Feyza Aktanla sevgili olan aktyor nikah hazırlıqlarını sürətləndirib.

Məlum olub ki, Özcan Dənizin nikahı Parisdə baş tutacaq. Lakin məşhur müğənni və kino ulduzu baş rolda çəkildiyi "İstanbullu gəlin" serialının çəkilişləri zamanı qrip olub. Virus təhlükəli olduğu üçün həkimlər ona təyyarəyə minməməyi tapşırıb. Dəniz xaricə getmək üçün həkimindən icazə gözləyir. Həmçinin 3 aylıq hamilə olan Feyza Aktan da hamiləliyinin riskli olmadığı ilə bağlı sənəd almalıdır.

Məlumat üçün bildirək ki, Özcanla Feyza bir ildir sevgilidir./publika.az

Xəbər lenti