Xəzər Xəbər

Sevgili sayını itirən müğənni növbəti dəfə ayrıldı

Şou Biznes | 15:28 • 10 Oktyabr 2017
Sevgili sayını itirən müğənni növbəti dəfə ayrıldı

Türkiyəli müğənni Seda Sayan sevgilisindən ayrılıb.

Müğənni sonuncu dəfə iş adamı Murad Karabova ilə eşq həyatı yaşayırdı.

Məlumata görə, cütlüyün ayrılığına səbəb Karabova ilə bağlı yayılan şayiələr olub. Sayanın dost çevrəsi ona "Karabava ilə bağlı ehtiyatlı ol” deyə müraciət edib.

Karabovanın bir müddət əvvəl ağır qrip infeksiyasına yaxalandığı və bu zaman sabiq həyat yoldaşı Aslı Sarıpınarın ona qulluq etdiyi bildirilir. Sabiq cütlüyün yenidən bir araya gəlməsi iddiaları Seda Sayanın Karabova ilə evlənmək fikrindən daşındırıb. Lakin Karabova onunla bağlı çıxan xəbərləri təkzib edib.

Qeyd edək ki, əsl adı Aysel olan müğənni 6 il birlikdə olduğu Ərhan Çəlikdən 7 ay əvvəl ayrılmışdı./AzNews.az

Xəbər lenti