Xəzər Xəbər

Stallone qızları ilə restorana yollandı: Qızıma söz deyən...

Şou Biznes | 16:28 • 9 Oktyabr 2017
Stallone qızları ilə restorana yollandı:

Dünyanın ən məşhur aktyorlarından biri, "Rokki" və "Rembo" obrazları ilə canlı əfsanəyə çevrilmiş 71 yaşlı Silvestr Stallone dünən üç qızı ilə birlikdə restorana yollanmışdı.

XəzərXəbər milli.az-aistinadən bildirir ki, 21 yaşlı Sofiya və 19 yaşlı Sistin Kaliforniya ştatındakı Şerman-Ouksda, "Casa Vega" restoranında atalarının müşayiəti ilə şam ediblər.

S.Stallonne 1974-cü ilin dekabrında evləndiyi Saşa Çakı boşayandan sonra model Bricit Nilsenlə ailə qurmuşdu. Stallone ilə Nilsen 1985-ci ildə boşanıblar. 1997-ci ildəsə Stallone Cennifer Flavinlə evlənmişdi.

Stallonenin bu nikahdan Sofiya, Sikstin və Skarlet adlı üç qızı var.

"Qızlarımı çox sevirəm. Qızıma söz deyən qarşısında məni görəcək", - Stallone restoranı tərk edərkən reportyorlara gülərək belə deyib.

Xəbər lenti