Xəzər Xəbər

Ölkəmizi beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək

Şou Biznes | 17:58 • 6 Oktyabr 2017
Ölkəmizi beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək

"Miss Tourism World - 2017" beynəlxalq model yarışmasınının Azərbaycan təmsilçisi məlum olub.

XəzərXəbər xəbər verir ki,oxu.az-a bu haqda məlumatı "World Beauty Congress"in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev verib. Təşkilatçı açıqlamasında bildirib ki, kastinqin nəticələri və Azərbaycan üzrə təşkilati komitənin birgə rəyinə əsasən, "Miss Qafqaz" yarışmasının finalçısı, model Elvira Xanlayeva ölkəmizi adıçəkilən müsabiqədə təmsil edəcək. Təmsilçimizin yaşı 25, boyu 175 sm-dir.

Elvira yarışmada iştirak etmək üçün Çinin paytaxtı Pekin şəhərinə yollanıb. İştirakçılar bir həftə ərzində Pekin şəhərində, sonra isə Monqolustanda yarışmaya hazırlaşacaqlar.

Müsabiqə oktyabr ayının 22-dək davam edəcək.

Xəbər lenti