Xəzər Xəbər

Hazal Kaya ilk dəfə məşhur sevgilisi haqqında danışdı

Şou Biznes | 11:42 • 6 Oktyabr 2017
Hazal Kaya ilk dəfə məşhur sevgilisi haqqında danışdı

Hazal Kaya ilk dəfə məşhur sevgilisi haqqında danışıb.

Hazal Kaya "Bestyle” jurnalının oktyabr nömrəsinin üz qabığına çəkilib. Aktrisa jurnala verdiyi müsahibədə şəxsi həyatına dair sualları da cavablandırıb. Uzun müddətdir Ali Atayla birlikdə olan kino ulduzu hisslərini belə ifadə edib:

"Məhəbbət mənim üçün həyəcandan danışa bilməməkdir, taxikardiya halıdır (ürək döyüntüsünün dəqiqədə 180-240 zərbə vurması ilə müşahidə olunur). Sonra isə bir-birinə huzur vermək, xoşbəxt etmək mərhələsi gəlir”.

O, əlavə edib ki, sevgilisi ilə birlikdə eyni layihədə iştirak etmək istəyir: "Xüsusilə onun rejissorluq etdiyi filmdə birlikdə çalışmaq istəyirik".

Qeyd edək ki, cəzbedici pozalar verən aktrisanın kəkil kəsdirməsi diqqətdən qaçmayıb./publika.az

Xəbər lenti