Xəzər Xəbər

"Bu, Elşadla mənim sevgi hekayəmdir" Oksana

Şou Biznes | 15:31 • 11 Sentyabr 2017
"Bu, Elşadla mənim sevgi hekayəmdir"

Rəqqasə Oksana Rəsulova media nümayəndələri ilə görüşüb.

"Mələyin öpüşü" filminə həsr olunan tədbirdə reper Elşad Xosedə iştirak edib.

Yeni filmindən danışan Oksana qala gecənin sentyabrın 14-də baş tutacağını deyib:

"Bu, "Oksimed" şirkətinin ikinci layihəsidir. "Şər qarışanda" filmimiz çox da məşhurluq gətirmədi. "Mələyin öpüşü"ndə bizim Elşad Xose ilə sevgi hekayəmiz əks olunub. İdeya mənə rəfiqəm Nərgiz Qasımova tərəfindən gəlib. Məni Elşadla yuxusunda görüb. İdeyanı mənə deyəndə xoşuma gəldi. Rejissora bu haqda danışanda dedi, bunu film çəkək. Elşad da təklifimizi qəbul etdi. Filmdə möhtəşəm məkanlar var. Sakit Məmmədov filmdə bizə gözəl rəsmlər təqdim etdi. Onun oğlu Nizar Məmmədov da filmdə rol alıb. Aktyor heyətimiz isə düşünürəm ki, mükəmməldir".

Oksana keçmiş həyat yoldaşı və filmdəki tərəf müqabili Elşadla münasibətlərindən danışıb:

"Beş ildir biz boşanmışıq. Heç vaxt onunla düşmən olmamışıq. Hər zaman doğmayıq, bir-birimizə dəstəyik. Onunla bir filmdə oynamağımız da normaldır. Düşünürəm ki, maraqlı olacaq. Çoxları deyir ki, ssenari plagiatdır. Ən çox da bu üç filmə bənzədirlər: "Mən və sən", "Səndən öncə mən", "Sən və mən". Heç birinə bənzəmir. Nəyisə oxşada bilərlər, amma süjet xətti başqadır. Elşadı bir aktyor kimi kəşf etdim. İnanıram ki, bundan sonra film təklifləri alacaq".

Elşad filmlə bağlı sualları cavablandırıb. O bildirib ki, burada həyatına oxşar məqamlar çoxdur:

"Oksananın öz həyatı dramdır deyə drama üstünlük verir. Maraqlı filmdir, axırda da işlər yoluna düşür. Cavanlıqda KVN-ə və yazı işlərinə bağlı olmağım, vaxtımın çoxunu kamera qarşısında olmağım mənə rahatlıq verdi. Filmdə oynamaq çətin deyildi. Tək çətinlik Fuad Poladov kimi biri ilə eyni filmdə rol almaqdır. İnsanların filmə marağı böyükdür. İnanıram ki, ekran işi reytinq toplayacaq. İstəyirəm ki, bu film mənim də həyatımda, Azərbaycan kino sənətində də bir irəliləyiş olsun. Komediyadan bir az uzaqlaşaq. Həyatda yaşadıqlarımız obrazımızı oynamağımıza kömək oldu. Burada şəxsi yox, film haqda danışmaq daha yaxşı olardı".

Elşad "Sevgi münasibətinizdən bu filmin piarı üçün istifadə etdiniz" sualına belə cavab verib:

"Ola bilər. Son zamanlar müəyyən səbəblərdən şəxsi həyatla bağlı danışmırdıq. Filmdə istədik tamaşaçıya illər əvvəlki sevgi hekayəmizi çatdıraq. Ramaşaçı üçün də maraqlı olacaq. Həyatımızdakı çox məqamlar burada əks olunub".

Filmin ssenari müəllifi Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. İdeya müəllifi Nərgiz Qasımova, operatoru Elman Əliyevdir.

axsam.az

Xəbər lenti