Amerika Kino Akademiyası kinematoqrafiya sahəsində xidmətlərinə görə "Oskar” mükafatına laureatların adlarını açıqlayıb.
"The Hollywood Reporter”-in yaydığı məlumata görə, laureatlardan
biri 82 yaşlı aktyor Donald Sazerlenddır. O, karyerası ərzində 140-dan
artıq filmdə çəkilib.
Onların arasında "Conni silahı götürdü”, "M.E.Ş. hərbi-səhra hospitalı”, "Kazanova Fellini”, "Qürur və qərəz” kimi filmlər var.
Mükafat, həmçinin rejissor və ssenarist Çarlz Bernettuya ("Qoyun
qatilləri”) və Anes Vardeyə ("Xoşbəxtlik”, "Kleo 5-dən 7-yə qədər”) və
operator Ouen Royzmana ("Şeytan qovan”, "Tutsi”, Teleset”) veriləcək.
Mükafat qaliblərə noyabrın 11-də təqdim olunacaq.