Əməkdar artist Röya Ayxan sevənlərinə sürpriz edəcək.
Publika.az-ın əldə etdiyi məlumata görə, müğənni avtoqraf-sessiya etməyə hazırlaşır. Sonuncu dəfə fanatları ilə 2014-cü ildə görüş keçirən sənətçi 3 il sonra ənənəsinə sadiq qalmaq istəyib.
Belə ki, o, özünün təsis etdiyi "First Fashion Lab” moda evinin dəstəyilə "Gənclik Mall” ticarət mərkəzində görüş keçirəcək. Tədbir 29 sentyabr 19:00-da baş tutacaq.
Qeyd edək ki, avtoqraf-sessiyada hər kəs iştirak edə bilər.