Xəzər Xəbər

Polis Vatan Şaşmazın cəsədinin fotolarını NİYƏ YAYDI? - ŞOK SƏBƏBLƏR

Şou Biznes | 12:43 • 4 Sentyabr 2017
Polis Vatan Şaşmazın cəsədinin fotolarını

Türkiyənin məşhur televiziya aparıcısı Vatan Şaşmazın dəhşətli qətlindən sonra mətbuata yeni detallar sızmaqdadır.

Vatan Şaşmaz cinayəti üzərindən bəzi adamların maddi qazanc əldə etmək istədiyi ortaya çıxıb.

Belə ki, xəbər agentliklərinə zəng edən bir qadın əlində cinayətin işləndiyi otel otağının görüntüləri olduğunu bildirib və pul qarşılığında həmin fotoları sata biləcəyini söyləyib.

Hadisə yerinin görüntülərini mediaya sızdıran adamın İstanbulun Beşiktaş bölgəsi polis bölməsində işləyən polis məmuru olduğu təsbit edilib. Cinayətin işləndiyi yeri yaydığı üçün polis haqqında məhkəmə və inzibati araşdırma aparılıb və o, vəzifəsindən azad edilib.

Polis məhkəmədəki ifadəsində öz həyat yoldaşını işdə olduğuna inandırmaq üçün hadisə yerindən ona foto atdığını bildirib. Həyat yoldaşı isə cinayət fotolarını vatsapda qohumları ilə paylaşıb. Polisin qaynı da həmin fotoları sevgilisinə göndərib. Mediaya cinayət görüntülərini satan da həmin qız olub.

Cinayət işini araşdıran polislər bu görüntülərin otel personalı və ölənlərin yaxınları tərəfindən çəkildiyini ehtimal edirdi. Lakin aparılan inzibati araşdırmalardan sonra görüntülərin bir hüquq keşikçisi tərəfindən çəkilməsi geniş ictimaiyyəti təəccübləndirib./publika.az


Xəbər lenti