Xəzər Xəbər

Xəstəxanaya yerləşdirilən Brilliant Dadaşovadan xəbər var - ƏRİ DANIŞDI

Şou Biznes | 11:08 • 31 Avqust 2017
Xəstəxanaya yerləşdirilən Brilliant Dadaşovadan xəbər var -

Səhhətində yaranan problemlərə görə bir neçə gün öncə Türkiyədəki özəl klinikaların birinə yerləşdirilən xalq artisti Brilliant Dadaşova evə buraxılıb.

 

Bu barədə Lent.az-a açıqlamasında xalq artistinin həyat yoldaşı, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.

 

O bildirib ki, xalq artisti özünü yaxşı hiss etməyə başlayıb: "Brilliant xanım İstanbulda yağışa düşüb. Onun nəticəsində də soyuqlayıb, qızdırıb. Səhhəti ağırlaşandan sonra isə onu Türkiyədə yerləşən özəl klinikaların birinə yerləşdiriblər. Artıq xəstəxanadan evə buraxılıb. Özünü yaxşı hiss edir. Amma buna baxmayaraq həkim nəzarəti altındadır”.

Xəbər lenti