Xəzər Xəbər

Məşhur müğənnimizdən ŞOK ETİRAF: “Uşaqlarımın üçünü övladlığa götürmüşəm”

Şou Biznes | 17:39 • 30 Avqust 2017
Məşhur müğənnimizdən ŞOK ETİRAF:

"Əslində mənə yaxın insanlar bilir ki, 4 övladım var. Onlardan birinin bioloji anası mənəm. Digərlərini isə uşaqlar evindən övladlığa götürmüşəm”.

Bu sözləri verilişilərin birində qonaq olan müğənni Roza Zərgərli deyib.

O bildirib ki, bu günə qədər heç bir efirdə bunu açıqlamaq istəməyib: "Mən 4 uşaq böyütdüyümə görə qürur duyuram. Bunu heç bir zaman efirdə reklam etməmişəm. Sadəcə "Sibir çiçəyi” adlı kitabımda bu barədə yazmışam, siz də bu məlumatı orada oxuduğunuza görə mənə sual verdiniz. İlk dəfə də məhz burda açıqlayıram, 3 uşağımı bioloji olaraq mən dünyaya gətirməsəm də, doğma qızımdan onları seçmirəm. Onlar mənim canım, qanım, hər şeyimdir”./apa


Xəbər lenti