Demet ərinin 32 milyon borcundan danışdı
Müğənni Demet Akalının əri Okan Kurtun borclarını ödəmədiyi
iddia olunmuş və məhkəəyə verilmişdi. Okanın 32 milyon 845 min borcu
olduğu üçün lüks villası polislər tərəfində nəzarətə alınmışdı. Demet və
kurt bu hadisə qarşısında şok olmuşdu.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Demet Bodrum
konsertində səhnəyə çıxmazdan əvvəl jurnalistlərin məsələ ilə bağlı
suallarını cavablandırıb.
Məhkəmə məsələsi ilə bağlı hadisələrdə ağır günlər yaşadığını deyən Akalın bildirib ki, sənədlər saxta imiş:
"Gözə xəbər aldıq. Müsadirə qərarı dayandırılıb. Sənədlərin saxta olduğu
ortaya çıxdı, elə bir borcumuz yoxdur. İki gün çox ağır anlar yaşadım.
İş həyatında belə hadisələr ola bilər, ama bu, gerçək deyildi. Borcun
mənimlə heç bir əlaqəsi yox idi. Həyat yoldaşımın adı gedirdi, onun da
saxta olduğu ortaya çıxdı".