Xəzər Xəbər

"Eşkıya Dünyaya Hükümdar Olmaz" nə zaman başlayır?

Şou Biznes | 11:12 • 1 Avqust 2017
"Eşkıya Dünyaya Hükümdar Olmaz" nə zaman başlayır?

"Eşkıya Dünyaya Hükümdar Olmaz"ın yeni mövsüm çəkilişləri başlayır.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, üçüncü mövsümün hazırlıqları digər seriallara nəzərən daha erkən start götürüb.

Baş rollarda olan Oktay Kaynarca, Deniz Çakır, Tarık Ünlüoğlu, Ozan Akbaba, Yunus Emre Yıldırımer və digərləri avqustun 8-dən etibarən çəkiliş meydançasında olacaqlar.

Çəkilişlərin tez başlamasına bir səbəb də serialda Zeynəb obrazını canlandıran Ece Hakimin universitet təhsili üçün ABŞ-a köçməyə hazırlaşmasıdır.

Yeni seriyalar sentyabrdan etibarən ekranda olacaq.

Xəbər lenti