Xəzər Xəbər

Bülənt Ersoyla Banu Alkan telekanalın başına bəla oldu 450 min

Şou Biznes | 11:54 • 31 İyul 2017
Bülənt Ersoyla Banu Alkan telekanalın başına bəla oldu

Bülənt Ersoy, Banu Alkan, Safiya Soyman və Burcu Esmersoyun yer aldığı "Dünya güzellerim" proqramı kanalın başına bəla olub.

Show TV-də yayımlanan verilişdə Büləntlə Alkan dava edib.

Banunun Safiyaya marka geyinməsindən danışmasını eşidən Ersoy "Mənim yanımda brenddən danışma. Çünki bir dənə də brend geyinmədin. Ucuz parçalara dolanırsan" deyib.

"Biabırçılıq edirsən" deyən Banuya Ersoy daha da əsəbiləşib. Bu söhbət iki məşhur arasında qalmaqal yaradıb. Onlar dava etməyə başlayıblar. Bu mübahisəyə görə kanalı şikayət ediblər. Kanala 450 min lirə (təxminən 220 min manat) pul cəzası verilib./publika.az

Xəbər lenti