Xəzər Xəbər

Məşhur müğənni 5 günə görün hansı yolla milyonçu oldu?

Şou Biznes | 11:40 • 31 İyul 2017
Məşhur müğənni 5 günə görün hansı yolla milyonçu oldu?

Türkiyəli müğənni Sıla 5 gün ard-arda verdiyi konsertlərindən sərvət qazanıb.

İfaçı 22-26 iyul tarixləri arasında Harbiye Açıq Hava Teatrında konsert proqramı ilə 5 gün çıxış edib.

Məlum olub ki, Sıla Tarkanın Harbiye Açıq Hava Teatrında verdiyi konsertdən sonra ən çox tamaşaçı toplayan pop ulduzu olub. Meqa ulduz 7 günlük konsertlərindən 5 milyon TL (təxminən 2,5 milyon manat), Sıla isə 5 günlük çıxışlarından 1 milyon TL (500 min manat) qazanıb.

Məlumat üçün onu da bildirək ki, pop müğənnisi Sıla Bodrum və digər kurort şəhərlərindən gələn konsert təkliflərini rədd edir. O, çimərlikdə deyil, yalnız biletlə satılan konsertlərdə səhnəyə çıxmaq istədiyini vurğulayıb./publika.az

Xəbər lenti