Xəzər Xəbər

"Hazırkı dövr kritikdir, amma tunelin sonunda işıq var və bu, ürəkaçandır"

İqtisadiyyat | 12:46 • 28 Noyabr 2020
"Hazırkı dövr kritikdir, amma tunelin sonunda işıq var və bu, ürəkaçandır"

Hazırkı dövr OPEC-in tarixində kritik dövr kimi qalacaq. Gördüyümüz işin nəticələri bu mühüm dövrdə dünyada güclü təsirə malikdir. Tunelin sonunda işıq var və bu, ürəkaçandır.


Xezerxeber.az xəbər verir ki, bu sözləri OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib. O, OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin imzaladığı Əməkdaşlıq Bəyannaməsinin iştirakçıları arasındakı texniki toplantıların əlaqələrin inkişafı, məlumat mübadiləsi, əməkdaşlığın dərinləşməsi və dünya neft bazarında qarşıya çıxan məsələlərin birgə müzakirəsi baxımından əhəmiyətini qeyd edib. Həmçinin COVID-19 pandemiyası zamanı son aylarda Əməkdaşlıq Bəyannaməsinin iştirakçılarının göstərdiyi güclü dəstəyi vurğulayıb, mütəxəssislər tərəfindən müzakirə edilən mövzuların, qarşıda duran çətinliklərin öhdəsindən gəlinməsi üçün məlumatların toplanması və neft anbarındakı inkişafların izlənməsinin vacibliyini bildirib.


M.Barkindo deyib: "Bu mühüm dövrdə Əməkdaşlıq Bəyannaməsinin iştirakçılarının bazarın sabitliyinə töhfəsi şübhəsiz ki, dünya neft sənayesini və qlobal iqtisadiyyatı daha ciddi nəticələrdən xilas etdi. Bu, şübhəsiz ki, OPEC tarixində kritik dövr kimi qalacaq. Gördüyümüz işin nəticələri bu mühüm dövrdə dünyada güclü təsirə malikdir. Tunelin sonunda işıq var və bu, ürəkaçandır”.


O, Əməkdaşlıq Bəyannaməsinin iştirakçılarına öhdəliklərə sadiq olduqları, bu çətin aylarda istehsal tənzimləməsi qərarlarının və nailiyyətlərin arxasında kollektiv əhval-ruhiyyəni qoruduqları üçün üçün təşəkkür edib.


Atif

Xəbər lenti