Xəzər Xəbər

"Fitch" İrəvanın reytinqlərini geri çağırıb - SƏBƏB

İqtisadiyyat | 09:58 • 24 Noyabr 2020
"Fitch" İrəvanın reytinqlərini geri çağırıb -

"Fitch Ratings" beynəlxalq agentliyi Yerevanın reytinqlərin qiymətləndirmə prosesində iştirakından imtina etməsi səbəbindən şəhərin "B+" səviyyəsində olan xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini (IDR) geri çağırıb.


"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, bundan sonra agentlik reytinqlərin qiymətləndirməsi üçün kifayət qədər məlumata sahib olmayacaq.


"Reytinqlər qənaətbəxş olmayan və səhv məlumatların verilməsi səbəbindən geri çağrılıb", - deyə "Fitch"in açıqlamasında deyilir.

Xəbər lenti