Xəzər Xəbər

Özünüməşğulluq proqramı gələn il 15 000 ailəni əhatə edəcək

İqtisadiyyat | 14:11 • 21 Sentyabr 2020
Özünüməşğulluq proqramı gələn il 15 000 ailəni əhatə edəcək

2018-ci ildə 7300-ə yaxın, 2019-cu ildə 10 000-dən çox ailənin cəlb edildiyi özünüməşğulluq proqramı əsasında bu il 12 000 ailənin kiçik müəssisələrinin yaradılması işləri aparılır. Gələn il isə proqram 15 000 ailəni əhatə edəcək.


Ümumilikdə növbəti ildən özünüməşğulluq proqramı illik 15 000 ailənin kiçik biznesə çıxışına imkan verəcək. Bu da o deməkdir ki, ailə üzvlərinin sayı ilə hesabladıqda proqram illik orta hesabla 60 000 nəfərin rifahına dəstək olacaq.


Proqrama cəlb edilənlərin böyük hissəsi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, müharibə veteranları, aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin üzvləri və başqalarıdır.


Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb olunub.

Xəbər lenti