Xəzər Xəbər

Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb

İqtisadiyyat | 14:01 • 13 Avqust 2020
Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara21,4milyard manatlıq, o cümlədən11,5milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,9,9milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə XəzərXəbər Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə2,1%, o cümlədən qeyri-ərzaq malları üzrə7,5% azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə3,2% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə2dəfə cox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2019-cu ilin yanvar - iyulaylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi21 362,997,9
o cümlədən:
ərzaq məhsulları10 390,3103,5
içkilər və tütün məmulatları1 108,7100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar3 013,179,0
elektrik malları və mebellər1 157,791,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları162,194,0
əczaçılıq məhsulları və tibbi ləvazimatlar383,3138,2
avtomobil benzini və dizel yanacağı1 151,999,7
digər qeyri-ərzaq malları3 995,8100,6

Builin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1%-i ticarət müəssisələri, 50,5%-i fərdi sahibkarlar tərəfindən, 26,4%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 11,8%, fərdi sahibkarlar üzrə 0,4% artmış, bazar və yarmarkalarda isə 15,4% azalıb.

Cari ilin yanvar-iyul aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 306,4 manat və ya ötən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 164,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.


Xəbər lenti