Xəzər Xəbər

Samir Şərifov: “ARNDF-in aktivləri əvvəlki səviyyəyə qayıdıb”

İqtisadiyyat | 12:59 • 5 Avqust 2020
Samir Şərifov: “ARNDF-in aktivləri əvvəlki səviyyəyə qayıdıb”

"Cari ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri azalacaq”.


Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.


Onun sözlərinə görə, Fondun aktivləri əvvəlki səviyyəyə qayıdıb.


"Hökumət o fikirdədir ki, xərclərin artırılması daha məqsədə uyğundur. Məhz buna görə, dövlət büdcəsinin xərcləri 600 milyon manatadək artırılır”, - deyə o, nazir qeyd edib.


"Hazırda yaranmış xüsusi şəraiti nəzərə alaraq büdcə qaydasının müvəqqəti dayandırılması vacib əhəmiyyət kəsb edir. Ölkə başçısının rəhbdərliyi ilə xalqımız pandemiyanın yaratdığı həssas dövrü arxada qoyacaq", - deyə S.Şərifov əlavə edib. 

Xəbər lenti