Xəzər Xəbər

Samir Şərifov: “Əvvəlki illərdən qalma ehtiyyatlarından da istifadə olunur”

İqtisadiyyat | 12:50 • 5 Avqust 2020
Samir Şərifov: “Əvvəlki illərdən qalma ehtiyyatlarından da istifadə olunur”

"Dövlət hazırda sərəncamında olan bütün ehtiyyatlardan istifadə edir”.


Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.


"O cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əvvəlki illərdən qalma ehtiyyatlarından da istifadə olunur. Bu da onu göstərir ki, ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi siyasət lazımı ehtiyyatların yaranmasını təmin edir. Biz başqa dövlətlərdən fərqli olaraq kredit almaq üçün müraciət etmirik. Bu ehtiyyatlar da düzgün idarə olunur”, - deyə o, qeyd edib.

Xəbər lenti