Xəzər Xəbər

Bu malların ölkədən aparılması qadağan edildi - QƏRAR

İqtisadiyyat | 20:21 • 30 İyun 2020
 Bu malların ölkədən aparılması qadağan edildi  -

Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib.


Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib.


Siyahıya aşağıdakı mallar daxildir:


- Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti


- Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar


- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan


- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan


- Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)


- Dezinfeksiyaedici vasitələr


- Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər


- Baxillər


- Steril və qeyri-steril əlcəklər


- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi


personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların)


istehsalında istifadə olunan parçalar


- Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)


- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi


personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)


- Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər


- Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik


tənəffüs aparatı


- İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.

Xəbər lenti