Xəzər Xəbər

ABŞ-dakı qazma qurğularının sayı son 4 ilin minimumuna enib

İqtisadiyyat | 13:42 • 30 May 2020
ABŞ-dakı qazma qurğularının sayı son 4 ilin minimumuna enib

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı azalır.


Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 17 ədəd azalaraq 301 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 683 ədəd geriləyib.


Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 15 ədəd azalaraq 222 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 578 ədəd azalma qeydə alınıb.


Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd azalaraq 77 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 107 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti