Xəzər Xəbər

Hindistan ucuz qiymətə aldığı nefti ABŞ-da saxlaya bilər

İqtisadiyyat | 10:45 • 27 May 2020
Hindistan ucuz qiymətə aldığı nefti ABŞ-da saxlaya bilər

"Hindistan qiymətlərin aşağı olduğu dövrdə aldığı neft ehtiyatını ABŞ anbarlarında saxlamaq imkanını nəzərdən keçirir”.

"CNBC TV18”in məlumatına görə, bu barədə Hindistanın Neft Sənayesi naziri Dharmendra Pradxan danışıb.

D.Pradxan bildirib ki, Hindistan dünyanın ən böyük üçüncü neft istehlakçısı və idxalçısıdır.

Artıq ölkənin strateji anbarlarında 5,33 milyon ton həcmində neft toplanıb, daha 8,5-9 milyon ton neft isə dünyanın müxtəlif yerlərində, xüsusən Fars körfəzindəolan tankerlərdədir.

Xəbər lenti