Xəzər Xəbər

Bakıda avtobus qəzası - FOTO

İqtisadiyyat | 17:33 • 29 Mart 2020
Bakıda avtobus qəzası -
Qələbə meydanı müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yolayrıcına çırpılıb. Nəticədə yolayrıcında quraşdırılmış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb. Hazırda qəzanın fəsadları əraziyə cəlb olunmuş agentliyin əməkdaşları tərəfindən aradan qaldırılır.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib.

Xəbər lenti