Xəzər Xəbər

İqtisadiyyat Nazirliyi: Mağaza və apteklərin fəaliyyəti məhdudlaşdırılmayıb

İqtisadiyyat | 10:18 • 24 Mart 2020
İqtisadiyyat Nazirliyi:

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanların olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və "Mall”arın fəaliyyəti bir ay müddətinə dayandırılıb.

İqtisadiyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırıb ki, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər.

Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və "Mall”arın nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir.

Xəbər lenti