Xəzər Xəbər

Dövlət Vergi Xidməti koronavirus təhlükəsi ilə bağlı yeni qaydalar tətbiq etdi

İqtisadiyyat | 12:52 • 16 Mart 2020
Dövlət Vergi Xidməti

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli tələblərini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət ünvanlayıb.

Dövlət Vergi Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, vergiödəyicilərinə qurumun təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaları və martın 16-dan 19-dək xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmələri tövsiyə olunur.

Xəbər lenti