Xəzər Xəbər

Mərkəzi Bank əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı açıqlama yayıb

İqtisadiyyat | 15:05 • 15 Mart 2020
Mərkəzi Bank əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı açıqlama yayıb
Azərbaycan Respublikasının Prezidenti bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin yenidən 9 ay uzadılması məqsədilə Milli Məclisə müraciət edib, matın 13-də yeni tərkibdə fəaliyyətə başlayan parlamentin ilk iclasında müzakirə olunan məsələlərdən biri kimi "Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik qəbul edilib.
Mərkəzi Bankdan xezerxeber.az-a bildirilib ki, "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının təmin edilməsinə, bank sektoruna etimadın gücləndirilməsinə imkan verəcəkdir.
Qanuna edilmiş dəyişiklik Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək və bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi həddində bütün qorunan əmanətlərin (milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% olmaqla) məbləğindən, valyuta növündən və bankların maliyyə vəziyyətindən asılı olmayaraq, bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 2020-ci il martın 4-dən dekabrın 4-dək uzadılacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti